Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


04.08.2025  14:20 

Daha bir rayonda yasda yemək verilməsi dayandırıldı





A+  A-

Ağdaş rayonunda yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.

XəzərNews.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu gün Ağdaş şəhərində yerləşən Hacı İsmayıl məscidində rayon ağsaqqallarının və din xadimlərinin, dövlət qurumlarının, iş adamlarının iştirak ilə görüş keçirilib.

200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə yas məclislərində ehsan adı ilə müxtəlif meyvə, şirniyyat və isti yeməklərin verilməsinin dayandırılması barədə qərar qəbul edilib.

Bundan sonra rayonda yas məclıslərində çay, qənd, limon və xurma verilməsi ilə bağlı yekdil qərar qəbul olunub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Şirvan şəhəri, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.


Xəbər 302 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +