Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


10.02.2018  15:43 

Daha bir şəxs prezidentliyə iddiasını açıqladı





A+  A-

Aprelin 11-də keçiriləcək prezident seçkisinə daha bir şəxs iddialıdır.
İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin katibliyindən XəzərNews.az-a verilən xəbərə görə birliyin prezident seçkiləri ilə bağlı növbədənkənar toplantısı keçirilib. Toplantıda qurumun sədri İlqar Altayın (Məmmədov) prezidentliyə namizədliyi ilə bağlı müzakirələr aparılıb. İclasda onun namizədliyini dəstəklənib. Müzakirələrin nəticəsi olaraq tanınmış hüquqşünas-alim, kriminalist-tədqiqatçı İlqar Altayın prezidentliyə namizədliyi irəli sürülüb.

İlqar Altay toplantıda seçki bəyanatı verib: “2013-cü ildə mənim prezidentliyə müstəqil namizədliyim irəli sürüldü. Təəssüf ki, həmin seçkilərdə müəyyən obyektiv səbəblərə görə sonadək mübarizə aparmağım mümkünsüz oldu. Hesab edirəm ki, ölkəmizdə mühüm müsbət dəyişikliklərə kəskin ehtiyac yaranıb. İnanıram ki, bu dəyişiklikləri cəmiyyətin bütün ictimai-siyasi spektrini birləşdirən yeni qüvvə daha uğurla həyata keçirə bilər. Bu mənada seckilərdə iştirakımın xalqımız və dövlətimiz üçün müsbət ola biləcəyini düşünürəm”.



Xəbər 1883 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +