Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


20.09.2022  13:44 

20 manata əxlaqsızlıq yuvası - Masazırda etiraz - VİDEO





A+  A-

Masazır qəsəbəsində tikilən "Absheron City” yaşayış kompleksinin sakinləri (Duzlu göl ilə üzbəüz) dünən axşam saatlarında etiraz aksiyası keçiriblər.

Onlar yolu bağlayaraq kompleksin rəhbərliyindən, komendantından şikayətlərini bildiriblər.

XəzərNews.az xəbər verir ki, şikayətçi sakinlərin Bakupost.az -a dediklərinə görə, binalara nəzarət olunmur:

“Bütün narkomanlar bura yığışır, hoqqabazlıq edirlər. Nə komendant, nə də başqa bir insan baxmır. Heç kimə evlərin “kupça”larını vermirlər. Verdikləri sənədlə ASAN Xidmətə gedirəm, deyirlər, bu binalar sistemdə yoxdur. Deməli, sənəd saxtadır. Ən dəhşətlisi isə kompleksin sanki otelə çevrilməsidir. Şlaqbaum illərdir ki, qoyulmur. Mənzil alıb, şəhərdə yaşayanlar oranı günü 20 manata başqalarına verir. Binaya kim gəlir, kim gedir bilinmir. Biabırçılıqdır. Ailə var, uşaq var... Buranı otelə çevirmək nə deməkdir?! Belə şey olar?”.

Sakinlərin etirazından sonra əraziyə polis əməkdaşları gəlib:

“Polis kompleksin komendantı İlqar müəllimə zəng etdi. Dedilər ki, məsuliyyət sizin üzərinizdədir. O, dərhal həmin yerə gəldi. Yenə də insanlara yalandan vədlər verərək, həll olunacağını dedi. Amma biz inanmırıq. Çünki hər dəfə eyni sözləri deyir. Dəfələrlə belə olub”.

Məsələ ilə bağlı “Absheron City” ilə əlaqə saxladıq.

Şirkət əməkdaşı hadisədən xəbərsiz olduqlarını dedi: “Bizim dünən axşam orada olanlardan məlumatımız yoxdur. Sizdən eşidirik...”.

Daha ətraflı videoda:



Xəbər 2493 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +