Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


04.12.2017  14:18 

Bu obyekt 444 min manata satışa çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin ilk hərracının tarixi elan edilib.
XəzərNews.az xəbər verir ki, 09 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 134 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 60-ı kiçik dövlət müəssisə və obyekti, 56-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 18-i isə səhmdar cəmiyyətlərdir.

Hərraca çıxarılan 60 kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ rayonları, Sumqayıt şəhəri, habelə, Tovuz, Xızı, Cəlilabad, İmişli, Qax, Oğuz, Göyçay, Lerik və Astara rayonlarında yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 444 min 500 manata olan Sumqayıtda yerləşən “Bolluq” bazasıdır.

Xəbər 1968 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +