Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


06.03.2025  12:30 

İcra başçısının oğlu 700 minlik tenderi necə udub?





A+  A-

Ötən gün Laçın rayon İcra Hakimiyyəti tender keçirib və onun nəticələrini açıqlayıb. Rəsmi qaynaqlarda bu tenderin Qayğı qəsəbəsində bir sıra işlərin reallaşdırılması məqsədi ilə keçiriliyi qeyd edilib.

Belə ki, Laçın İcra Hakimiyyəti Qayğı qəsəbəsində abadlıq işləri, qəsəbə daxili yolların cari təmirini, qəsəbə daxili işıqlandırmanı həyata keçirəcək. Bu işlərin ümumi dəyəri 696 min 170 manat təşkil edir ki, bununla əlaqədar “AVTOYOLTIKINTISERVIS” MMC ilə müqavilə imzalanıb.

Qeyd edək ki,sözügedən MMC-nin qanuni təmsilçisi Ramin Adil oğlu Məmmədovdur.
Bura qədər hər şey qaydasındadır. Laçın İcra Hakimiyyəti tender keçirib, iştirakçı şirkətlərdən biri də prosesə qatılıb, sərəfli təklif verib və qalib olub. Amma udan şirkətin kimə məxsus olması məsələnin əksini deməyə də əsas yaradır.


Qobustanın icra başçısı Adil Məmmədov

Tribunainfo.az-ın əldə etdiyi bəzi məlumatlara görə, “Avtoyoltikintiservis” MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov Qobustanın icra başçısı Adil Məmmədovun oğludur. Həmin məlumatlara görə, Ramin Məmmədov məhz atasının nüfuzu və vəzifəsindən istifadə edərək, əksər iri tenderlərin qalibi ola bilir. Güman ki, Raminin atasının icra başçısı olması səbəbindən Laçının icra başçısı Aqil Nəzərli də ona bu tenderi “hədiyyə” edib.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Laçının icra başçısı Aqil Nəzərli

Xəbər 1849 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +