“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.10.2022  16:19 

“Regional güclər sülhün əldə edilməsində maraqlı deyil“





A+  A-

"Praqada Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq ərazi bütövlüyünün tanımaqları barədə bəyanatdan sonra bir sıra xarici aktrlar daha da aktivləşiblər".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, son proseslər bir daha təsdiq edir ki, heç də bütün qlobal və ya regional güclər regionda sülhün əldə edilməsində maraqlı deyil:

"Regionda sülhdə maneə olmağa çalışanlar bütövlükdə Qafqazın inkişafında da maraqlı görsənmirlər. Təbii ki, müzakirə edilən məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verlməsi ilə bağlıdır. İranın qısqanc, Rusiyanın müəmmalı yanaşmalarına baxmayaraq Zəngəzur dəhlizi bütövlükdə daha geniş regionun inkişafına xidmət edəcək. Maraqlıdır ki, bəzi ölkələr öz iqtisadi maraqlarını siyasi iddialarına qurban verməkdən çəkinmirlər".

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisinədəki hissəsinin tikintisinin 60 faizindən çoxu artıq tamamlanıb:

"Təməli Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Qonşuların son bəyanatlarına və Ermənistandakı saxta revanşist meyillərə rəğmən Zəngəzur dəhlizinin reallaşması qaçılmazıdır. Bu sadəcə zaman məsələsidir".

Xəbər 1240 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +