Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava


29.10.2021  18:21 

13 ildir bağlanan Əbu Bəkr məscidi təmir edilir





A+  A-

Əbu Bəkr məscidində təmir işləri aparılır və bitəndən sonra məscid öz fəaliyyətini bərpa edəcək.

XezerNews.az məlumatına görə, bu barədə “Azadlıq Radiosu”na məscidin imamı Qamət Süleymanov məlumat verib.

Onun sözlərinə görə, 2008-ci ildən məscid məhdud qaydada fəaliyyət göstərib:

“Məlum terror aktından sonra məhdudiyyət qoyuldu. Son bir-iki ildə isə minarələrin biri qəza vəziyyətinə düşdüyünə görə məscid tam bağlanmışdı. Hazırda minarələrin təmiri aparılır, dizaynı dəyişir. Təmir işləri bitəndən sonra məscid tam şəkildə öz fəaliyyətinə davam edəcək”.

Bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin paytaxtın Nərimanov rayonundakı Əbu Bəkr məscidinin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan etdiyi bildirilmişdi.

Qeyd edək ki, Əbu Bəkr məscidi 1997-ci ildə Bakıda fəaliyyətə başlayıb. 2008-ci il avqustun 17-də məscidə iki əl qumbarası atılıb. İki nəfər ölüb, 18 nəfər yaralanıb. Xəsarət alanların arasında məscidin imamı Qamət Süleymanov da olub. Bundan sonra məsciddə kütləvi ibadətlər dayandırılıb.

Xəbər 2982 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +