Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Mən kəndə acından ölmək üçün qayıdım?
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


27.09.2019  12:08 

Cinsi azlıq döyülərək kənddən qovulub





A+  A-

Azərbaycanda cinsi azlıq qohumları tərəfindən döyülərək kənddən qovulub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Yolçubəyli kəndində baş verib.

22 yaşlı homoseksual İ.Ş 2018-ci ildə feysbuk sosial şəbəkəsində Orxan adlı oğlanla tanış olub. Orxan onu Bakıya dəvət edərək Sabunçu rayonunda bir neçə dəfə onunla cinsi əlaqədə olub. Həmin zaman Orxan İ.Ş-nin şəkillərini və videosunu çəkib. Daha sonra onu həmin fotoları yayacağı ilə şantaj edərək özünün bir neçə dostu ilə də cinsi əlaqədə olmağa vadar edib.

Bir müddət sonra İ.Ş-nin sözügedən şəkillərini qohumları 19 yaşlı Z. və 23 yaşlı M. görüb. Onlar İ-ni döyərək kənddən qovublar və “nəslimizin adını batırmısan” deyərək onu öldürəcəkləri ilə hədələyiblər.

İ.Ş buna görə polisə şikayət edib və qeyd edilənlər barədə məlumat verib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 1593 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +