Maska rejimi QAYIDIR?
Məktəb direktorları 150 minlik maşınları necə alır?
14 tibb bacısı eyni anda hamilə qaldı
Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...


05.02.2025  15:11 

Bərbər özünü “polkovnik“ kimi təqdim etdi 600 min pulu ələ keçirdi





A+  A-

Bakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu, Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib. O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib. Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü "polkovnik" kimi təqdim etməklə külli miqdarda pul alıb. O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edib.

Təqsirləndirilən şəxsin 13 nəfərdən aldığı məbləği (müvafiq olaraq 19 000, 1400, 25 000, 21 000, 41 846, 8574, 37 000, 36 145, 23 750, 132 000, 180 000, 50 000, 52 120 manat) biznesə yatıracağını və qarşılığında pul sahiblərinə əlavə qazanc verəcəyini vəd etdiyi qeyd olunub.

Bundan başqa, araşdırmalar zamanı Samirin adına 2 yerdə torpaq sahəsi olduğu müəyyənləşib. Lakin həmin torpaq sahələri icarə müqaviləsi ilə alındığından məhkəmə tərəfindən müsadirə edilməsi mümkün olmayıb. Eyni zamanda, onun adına heç bir mülk, əmlak da üzə çıxmayıb./Qafqazinfo

Xəbər 1952 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +