Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.05.2021  11:46 

“Beşiktaş” çempion!





A+  A-

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 42-ci – sonuncu turun oyunları keçirilib.
XəzərNews.az xəbər verir ki, lider “Beşiktaş” İzmir səfərində “Göztəpə”nin qonağı olub.

“Qara qartallar” bu oyunda qələbə qazanacaqları halda, Super Liqada mövsümün çempionu olacaqdılar. İstanbul təmsilçisi çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gələ bilib və mövsümü çempion kimi başa vurub.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Qalatasaray”ın rəqibi “Yeni Malatyaspor” olub. Fatih Terimin rəhbərlik etdiyi kollektiv bu matçda 3 xal qazansa belə, çempionluq üçün “Beşiktaş” xal itirməliydi. “Qalatasaray” inamlı qələbə qazansa da, gümüş medallarla kifayətlənməli olub.

Ötən tur doğma meydanda “Sivasspor”a uduzaraq, çempionluq şansını çətinə salan “Fənərbaxça” isə səfərdə liqada qalmaq uğrunda mübarizə aparan “Kayserispor”la qarşılaşıb. “Beşiktaş” və “Qalatasaray” uduzsa və “Fənərbaxça” qələbə qazansa, çempion “Fənərbaxça” olacaqdı. Amma digər rəqibləri də turu qələbə ilə başa vurduğundan, sözügedən komanda üçüncü yeri tutub.

Türkiyə Super Liqası
42-ci tur
15 may

Qalatasaray – Yeni Malatyaspor 3:1
Qol: İ.Dervişoğlu, 53. Babel, 60. O.Çağlayan, 90+3 – A.Büyük, 39.

Göztəpə – Beşiktaş 1:2
Qol: A.Öztürk, 24 – Vida, 10. Gezzal, 69-pen.

Kayserispor – Fənərbaxça 1:2
Qol: P.Enrike, 18 – Valensiya, 90+1-pen. S.Aziz, 90+9.



Xəbər 2054 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +