Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


06.10.2021  13:40 

İcra başçısı müəllimlərə qiymətli hədiyyələr verdi - Foto





A+  A-

Binəqədi rayonunda 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil işçilərilə görüş keçirilib.

XəzərNews xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və dugər rəsmi şəxlər iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirib ki, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində çalışan 3 nəfər müəllimimiz də düşmənə qarşı mərdliklə vuruşaraq qəhrəmanlıqlar göstərib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edib. Qeyd edib ki, ölkə rəhbərliyinin təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və vacib istiqamətlərindən biri Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasıdır və bu mənada böyük işlər görülür.



Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir.

Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.



Xəbər 2187 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +