Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?


12.05.2025  14:59 

Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi





A+  A-

"Ermənistan Hindistandan 700 milyonluq zenit-raket kompleksi olan "Akaş" raketləri alıb. Raketlərin növbəti aylarda Ermənistana ixracı nəzərdə tutulur. Ermənistanın silahlanması regionda yeni eskalasiya riski yaradır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Məhəmməd Əsədullazdə çıxış edib.

Siyasi şərhçi bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən müharibə olmayacaq bəyanatinı verir, bir tərəfdən də kifayət qədər böyük məbləğdə silahlar alır:

"Bu, Ermənistanın müharibə hazırlığıdır. Qeyd edim ki, Hindistandan alınan silahlıların texniki parametrləri son günlər Pakistanla müharibədə effektiv olmadığını göstərdi. Hindistan istehsalı "Akaş" raket kompleksleri 25 km. mənzillidir. Azərbaycan Ermənistana silahlanmaya son verəcəyi təqdirdə sülhə hazır olacağını şərtini irəli sürməlidir.

Ermənistan Baş naziri ölkədə sosial problemləri həll etmək əvəzinə silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur. Ermənistan öz ərazisində Zəngəzur dəhlizinin avtomobili və dəmir yolunu çəkmir. Həmçinin İranla Ermənistanı birləşdirən əsas yol infrastruktur baxımından köhnədir. Ermənistan əhalisi sosial problemlərə görə ölkəni tərk etməkdədir. N. Paşinyanın hakimiyyəti ölkədə miqrasiyaya son qoymayib. Bu onu göstərir ki, N.Paşinyanın vəd etdiyi sosial proqramlar kağız üzərində qalır".

Xəbər 656 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +