Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


02.05.2019  13:21 

Azərbaycanda 6 bankın gəlirləri azalıb





A+  A-

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın ötənilki gəlirləri əvvəlki ilə nisbətən az olub.
XəzərNews.az-ın Fins.az-a istinadən məlumatına görə, bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Atabank", "Azər-Türk Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (55,8%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (4,5%) qeydə alınıb.

İki bankın - "Bank of Baku" və "Xalq Bank"ın gəlirləri demək olar ki, dəyişməyib.

Qalan 22 bankın isə gəlirləri artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan" da (5,2 dəfə), ən aşağı dinamika isə "Günay Bank"da (4,3%) qeydə alınıb.

Beş bankın gəlirləri 30 milyon manatdan çoxdur.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin gəlirləri 30 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (138,044 milyon manat), "Kapital Bank" (129,344 milyon manat), "PAŞA Bank" (62,111 milyon manat), "Access Bank" (45,357 milyon manat) və "Xalq Bank"dır (30,122 milyon manat).

Qalan 25 bankdan 11-də gəlirlər 10-25 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Xəbər 1762 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +