Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


13.08.2018  12:09 

Tacikistanda helikopter qəzası - Ekipaj həlak oldu





A+  A-

Şərqi Tacikistan dağlarında 13 alpinisti Fortambek buzlağındakı baza düşərgəsindən çıxararkən sərt eniş edən helikopterin ekipajı həlak olub.
XəzərNews.az xarici KİV-lərə istinadla xəbər verir ki, həlak olanların arasında alpinistlər də var, lakin onların dəqiq sayı məlum deyil.

Tacikistan hökuməti hələlik bu informasiyanı təsdiq etməyib.

Son məlumata əsasən, respublikanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat katibi Umeda Yusufi helikopterin göyərtəsindəki alpinistlərlə əlaqənin bərpa edildiyini, onların dəqiq yerinin müəyyən olunduğunu bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda qəzanın baş verdiyi rayona Müdafiə Nazirliyinin 3 helikopteri göndəriləcək.

Tacikistan Milli Qvardiyasına məxsus Mi-8 helikopteri 4,2 min metr yüksəklikdə yerləşən düşərgədən havaya qalxan zaman sərt eniş edib. Alpinistlər İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdırmış. Onların arasında Rusiya, Belorus və İspaniya vətəndaşları da olub.

Xəbər 1570 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +