Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


08.08.2018  09:27 

“Fəvvarələrin hamısı işləyir” - BŞİH





A+  A-

İsti aylarda paytaxt Bakıda dincəlmək və sərinləmək üçün ən əlverişli məkanlardan biri də fəvvarələrin kənarıdır. Bəs istismara verilən andan bu günə qədər fəvvarələrin vəziyyətinə və işləmə rejiminə kim nəzarət edir?
Onu da qeyd etmək yerinə düşər ki, günün ən isti saatlarında fəvvarələrin işləməməsindən narazılıq edənlər də var.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı “Trend”in suallarını Bakı Şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədov cavablandırıb.
İdarə rəisinin sözlərinə görə, paytaxtdakı fəvvarələr əsasən isti aylarda fəaliyyət göstərir:

"Onların işləmə saatı günorta 13:00-dan 15:30-dək, axşam isə 18:00-dan 21:00-a qədərdir. Bəzi fəvvarələri səhərlər də işə salırıq - səhər saat 08:30-da qoşuruq, saat yarımdan sonra isə söndürürük. Fəvvarələr 7 ay işləyir. Oktyabr ayından başlayaraq isə qış fəsli ilə əlaqədar fəaliyyəti dayandırılır".

Q.Məmmədov qeyd edib ki, fəvvarələr mütəmadi olaraq təmizlənir, texniki tərəfləri yoxlanılır və bir fəvvarənin təmizlənməsinə 2-3 gün sərf olunur:
"Təmizlədikdən sonra fəvvarənin uzun zaman təmiz qalması üçün hər gün suyun üzü təmizlənir, dibə çökən çirklər xüsusi tozsoranla çəkib çıxarılır, kimyəvi qatqılar tökülür".

Xəbər 1577 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +