Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi
Mənimsəmə: Birinə həbs, digərinə ev dustaqlığı...
Hakan Fidan Kiyevə səfər edib
Sabah 36 dərəcə isti olacaq


16.03.2018  13:46 

Nazirlər Kabineti istefaya gedəcək - Yeni hökumətdə kimlər olacaq?





A+  A-

“Hökumət bir aydan sonra istefa verəcək”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Zahid Oruc deyib.

O bildirib ki, prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq:

“Yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq. Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq”.

Deputat deyib ki, prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir.

Bununla belə o qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır.


“Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır.

İlk növbədə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi - ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik”.



Xəbər 1610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +