Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə


23.05.2023  13:33 

Azərbaycan vətəndaşı Şimali Kiprdə vəfat etdi





A+  A-

Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Orucov Emin Qəhrəman oğlu mayın 22-də axşam saatlarında Girnə şəhərində qonaq getdiyi dostlarının evində ürək çatışmazlığından dünyasını dəyişib.

XəzərNews.az xəbər verir ki, məlumatı Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu verib.

"Təəssüflə nəzərinizə çatdırırıq ki, bu gün polisin mətbuat xidməti ŞKTC mətbuatına yarılma nəticəsi olmadan “Diqqətsizlik və ehtiyatsızlıq nəticəsində ölümə səbəb” başlıqlı açıqlama verib. Cinayəti və səbəbləri müəyyən edilmədən verilən bu açıqlama ölkəmizdə və ŞKTC-də yaşayan vətəndaşlarımızda böyük narahatlıq yaradıb. Mərhumun dostları olan Azərbaycan vətəndaşlarımız saxlanılıb.

Sözügedən vətəndaşlarımız məhkəmə tibbi ekspertizası və polisin araşdırmalarından sonra sərbəst buraxılıblar. Biz qətiyyətlə xahiş edirik və polisin mətbuat xidmətinin əməkdaşı tərəfindən yeni həqiqətə uyğun açıqlama verilməsini xahiş edirik"- deyə məlumatda bildirilir.



Xəbər 1405 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +