Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


10.12.2018  15:29 

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı





A+  A-

Ötən gün Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Qafarov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Qafarovun yaşadığı evdən isə daha çox - çəkisi 5 kiloqram 150 qram olan marixuana da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər 1550 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +