200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.10.2022  19:41 

Zakir Həsənov atış təlimini izlədi





A+  A-

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət" Təlim Mərkəzində olub.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə naziri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nun dinləyicilərinin tank direktrisasında təlim-məşq prosesinin gedişatı ilə maraqlanıb.

Məruzə edilib ki, burada müasir döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq dinləyicilərə tankların və döyüş maşınlarının yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.

Sonra nazir müasir texnologiyadan istifadə olunmaqla atəşin idarə edilməsi üzrə məşqlərin icra edildiyi simulyasiya mərkəzinə baxış keçirib. Burada hərbi qulluqçuların minaatan qurğularından praktiki atışları nümayiş etdirilib.

Xəbər 1426 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +