200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.09.2021  10:53 

“Məktəb geyimlərinin satışında monopoliya halları da ola bilər”





A+  A-

“Dövlət məktəbli formalarının qiymətlərinin formalaşmasında iştirak etməlidir, məktəbli geyiminin qiymətlərinə dövlət nəzarəti olmalıdır. Bu, sosial ədalətin təmin edilməsi baxımından vacibdir”.

XəzərNews xəbər verir ki, bunu Bakupost.az -a Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, məktəblərin geyim formaları dizayn baxımından bir-birindən fərqlənə bilsə də, onların hamısı ümumi bir standartlara uyğun olmalıdır: “Geyimlərin ölçülərindən asılı olaraq, onların qiymətləri fərqlənə bilər. Amma yaxşı olar ki, geyimlər fərqli ünvanlarda fərqli qiymətə deyil, hər yerdə eyni qiymətə satılsın. Qiymətlərin üzərində dövlət nəzarətinin olması vacibdır”.

İqtisadçı alim liseylərin şagirdlərinin geyimlərinin adi ümumtəhsil müəssisələrinin şagirdlərinin geyimlərindən fərqləndirilməsini vacib sayır. Amma hesab edir ki, geyim formasının dizaynı dövlət tərəfindən müəyyən edilməli, bu formalar dövlətin sifarişi ilə istehsal olunmalı və satılmaq üçün mağazaya verilməlidir. Geyimlərin satışı üçün xüsusi mağazalar müəyyən olunmalıdır: “Məktəb geyimlərinin satışında təkcə sui-istifadə halları deyil, hətta monopoliya halları da ola bilər. Bunun olmaması üçün dövlət, Təhsil Nazirliyi özü bu geyimləri sifariş verməlidir”.

Xəbər 2860 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +