200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.12.2020  20:46 

İngiltərədə hinduşkalarda quş qripi aşkarlanıb





A+  A-

İngiltərədə hinduşkalarda quş qripi aşkarlanıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “Sun” qəzeti İngiltərənin Ətraf Mühiti Mühafizə üzrə Nazirliyə istinadən məlumat yayıb.

Ölkənin şimalındakı Norfolk qraflığındakı hinduşka fermasında quş qripi aşkarlanıb, 30 min hinduşka məhv edilib. Bundan əvvəl isə keçən həftə Şimali Yorkşirdə fermada quş qripi aşkarlanıb, 10,5 min hinduşka məhv edilib.

Hazırda Norfolk qraflığındakı fermalarda infeksiyanın mənbəyini və xəstəliyin fermalarda hansı müddətdir ki, yayıldığını müəyyənləşdirmək üçün araşdırma aparılır.

İngiltərədə fermalarda hinduşkalarda aşkarlanan quş qripinin ştamının hazırda Avropada çöl quşları arasında yayılan quş qripi ilə əlaqəli olduğu da təsdiqini tapıb.

Qeyd edək ki, hinduşka Böyük Britaniyada Yeni il süfrəsində ən məşhur yeməklər sırasında yer alır. Hinduşkalar arasında quş qripinin yayılması ilə əlaqədar onların məhv edilməsi Yeni ildə ərzaq mağazalarında hinduşka əti çatışmazlığına yol aça bilər.

Xəbər 1899 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +