200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.08.2020  14:58 

Zavodda xəsarət almaya görə cinayət işi başlanıldı





A+  A-

Avqustun 7-də Balakən rayon sakini Eldar Dərvişzadənin sağ bazunun travmatik amputasiyası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Zaqatala rayon prokurorluğundan XəzərNews.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan ilkin araşdırılmalarla müəyyən olunub ki, Eldar Dərvişzadə 05.08.2020-ci il tarixdə işlədiyi Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən asfalt zavodunda xəsarət alıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbər 1617 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +