200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.08.2019  16:50 

“Facebook” ABŞ-da prezident seçkiləri öncəsi reklam şərtlərini ağırlaşıdırıb





A+  A-

“Facebook” sosial şəbəkəsinin administrasiyası 2020-ci ildə keçiriləcək prezident seçkiləri öncəsində, ictimai rəyə qeyri-qanuni şəkildə təsirlərin qarşısını almaq üçün tədbirlərə başlayıb.
XəzərNews.az xarici agentliklərə istinadən xəbər verir ki, şirkət bu məqsədilə reklam materiallarının yerləşdirilməsi qaydalarını sərtləşdirir.

Sosial şəbəkənin idarəçiləri siyasi təbliğat materiallarını yayan istifadəçi hüquqi şəxsdən hər qoyulan reklam üçün yüksək məbləğ tələb edəcək,

Bu ilin sentyabr ayının ortalarından başlayaraq, siyasi informasiya, seçkilər barədə məlumatlar və digər ictimai əhəmiyyətli mövzuları reklam olaraq dərc edən təşkilatlar üçün xüsusi qaydalar gətirilir. Belə ki, onlar hər statusu yerləşdirdikləri zaman özləri haqqında əlavə məlumatları da qoşmağa borclu olacaqlar.

Birləşmiş Ştatların hökuməti ilə hər hansı şəkildə bağlantılara malik şirkətlər isə vergi ödəyiçisinin identifikasiya nömrəsini, dövlətə məxsus internet domenində qeydiyyata alınmış rəsmi internet səhifəsinin linkini və Federal Seçki komissiyasındakı qeydiyyat nömrəsini də göstərməlidirlər.

Yuxarıda bəhs olunan tədbirlər öz yazılarında siyasi mövzulara toxunmayan, reklam verən qurumlara şamil edilməyəcək.

Xəbər 1547 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +