200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.07.2019  16:58 

FHN əhaliyə müraciət etdi! - VİDEO





A+  A-

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, nazirlik müraciətində qeyd edib ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün bu təhlükəsizlik qaydalarını hamı bilməlidir.

Qadağandır:

• nəzərdə tutulmamış ərazilərdə çimmək;

• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

• küləkli havada dənizə girmək;

• çimərlikdə gecələmək,

• sərxoş halda çimərlikdə olmaq;

• suda kobud hərəkətlər etmək;

• çimərlikdə balıq tutmaq;

• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

• Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!

Təhlükə zamanı 112-yə zəng edin!


Xəbər 1606 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +