200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.04.2019  15:08 

Qanunsuz gətirilən dərmanlar aşkarlandı





A+  A-

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21901" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda - 32 adda dərman preparatları, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatlarına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkar edilib.

Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1684 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +