200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.04.2018  13:29 

“Vitse-prezidentlər nazirlər kimi yenidən təyin olunmayacaq”





A+  A-

“Azərbaycanda prezident seçkisindən sonra Konstitusiyaya görə yalnız Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilir. Ondan kənarda ali icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı hər hansı norma və ya tələb Konstitusiyada nəzərdə tutulmayıb”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında deputat Zahid Oruc Nazirlər Kabinetinin istefaya göndərilməsindən sonra məsələnin vitse-prezidentlik institutuna şamil edilib edilməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, 2016- cı il referendumuna görə ölkənin idarəçilik sistemində özünə yeni olaraq yer alan vitse-prezidentlik institutu ilə bağlı belə bir qərarın verilməsinə qətiyyən ehtiyac yoxdur:

“Hesab edirəm ki, bu həm birinci vitse-prezidentə, həm də vitse-prezidentlərə aiddir. Onların təyin edilməsi səlahiyyəti ölkə prezidentinə aiddir. Çünki ali icra hakimiyyətinin vəzifədən getməsi və ya onların 7 illik seçki dönəmindən sonra yenidən təyinatının baş verməsinə də ehtiyac yoxdur. Əlbəttə ki müxtəlif ölkələrdə fərqli məqamların olduğundan danışmaq mümkündür. Amerikada hər iki institut seçki vasitəsilə müəyyənləşir. Amma Azərbaycanda prezident birinci vitse-prezidenti təyin edir.

Azərbaycanda həm ölkə daxilində, həm də beynəlxalq məkanda çox böyük fəaliyyəti ilə seçilən, Azərbaycan vətəndaşlarının etibar və inamını qazanan Mehriban Əliyevanın birinci vitse-prezident olaraq fəaliyyətinin fərqindəyik. Hesab edirəm ki, bu mənada onların yenidən təyinatına ehtiyac yoxdur”.

Xəbər 1493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +