200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.03.2018  16:34 

Tramp ölüm cəzası təklif etdi





A+  A-

Bu gün Birləşmiş Ştatların prezidenti Donald Tramp ölkəni bürüyən opioid böhranı ilə mübarizə planını təqdim edəcək.
XəzərNews.az-ın “Reuters” agentliyinə istinadən xəbərinə görə, Ağ Ev Şurasının daxili siyasət üzrə direktoru Endryu Bremberq bu barədə jurnalistlərə məlumat verib.

Sənəddə digər məsələlərlə yanaşı, narkotik maddə alverçiləri üçün ölüm cəzasını tətbiq etmək təklifi də nəzərdə tutulub.

“Ədliyyə Nazirliyi mövcud qanunvericiliyə uyğun olaraq narkotik maddə alverçiləri üçün ölüm cəzasının tətbiq edilməsinə nail olmağa çalışacaqlar”, – deyə Tramp bildirib.

Lakin, o, konkret nümunələr göstərməyib.

Mübarizənin bir başqa məqsədi də üç il içində narkotik maddələrin reseptlə verilməsini üç dəfə azaltmaq olacaq.

2017-ci il dekabr ayının 1-də Tramp üçüncü rüb üçün olan maaşını opioid böhranı ilə mübarizə üçün bağışlayıb. Oktyabr ayında narkotik istifadəsinin yayılmasına görə səhiyyədə fövqəladə vəziyyət elan edib.

Ötən il ABŞ-da yüksək dozadan 64 min nəfər həlak olub.

Xəbər 1566 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +