200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


28.02.2018  14:35 

DİM tələblərini açıqladı





A+  A-

Dövlət İmtahan Mərkəzi 9-cu və 10-cu sinif şagirdlərinin buraxılış imtahanlarında inşa yazıları üçün tələbləri və mövzular üzrə nümunələri açıqlayıb.
Qurumdan XəzərNews.az-a verilən məlumatda göstərilir ki, hər iki buraxılış siniflər üzrə inşanın (essenin) qiymətləndirilmə meyarları müəyyənləşib.

Esseyə qoyulan tələblərə görə, 9-cu sinif şagirdləri 250 və daha artıq sözdən ibarət olmaqla, seçilən mövzunu tam açmalıdırlar. Essedə plan (giriş, əsas hisə, nəticə) yazılmalı və buna uyğun məntiqi ardıcıllıq qorunmalıdır.

İnşanın (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılması da şərtlərdən biridir.

11-ci sinif şagirdləri üçün qoyulan tələblərdə essenin 90 və ya daha çox sözdən ibarət olunması istənir.

Bu zaman mövzunun planının yazılması tələb olunmasa da, essedə seçilən mövzunun açılması, dolğun məlumat verilməsi, məntiqi və analitik cümlələrlə izah olunması əsas şərtlərdəndir.

İnşa bir sıra meyarlar əsasında "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndiriləcək.

Hər iki buraxılış sinfi üzrə inşa yazılmasına 30 dəqiqə ayrılır.

Dövlət İmtahan Mərkəzi bildirir ki, 9-cu sinif üzrə inşa yazılması könüllüdür, ancaq fərqlənmə attestatı almaq istəyənlər inşa müsabiqəsindən mütləq keçməlidirlər.

Dövlət İmtahan Mərkəzi 250-dən çox inşa mövzusu ilə bağlı nümunəni açıqlayıb.

Esse üçün təklif olunanlar, əsasən sərbəst mövzulardır.

Xəbər 1588 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +