200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


20.10.2017  13:32 

Bakıda ölüm saçan avtobuslar - VİDEO





A+  A-

Son vaxtlar Bakıda qapıları açıq avtobuslardan sallanaraq gedən şəxslərin sayı daha da artıb.
XəzərNews.az xəbər verir ki, bu görüntülərlə hər gün şəhərin mərkəzində, xüsusilə də Bakıətrafı qəsəbələrə gedən avtobuslarda rast gəlmək mümkündür. Günün pik saatlarında “Koroğlu” metrosundan Bakı kəndlərinə və ya əks istiqamətə hərəkət edən avtobusların çox hissəsi qapıları açıq vəziyyətdə idarə edilir, qapılardan isə bir neçə nəfər sallanaraq mənzil başına yetişir. Bu da onların həyatı üçün ciddi təhlükədir. İllərlə mövcud olan bu problemin hələ də qalması narahatlıq yaradır.

Xəzər TV də sözügedən problemə diqqət ayırıb. Telekanalın hazırladığı süjetdə göstərilir ki, avtobusun hər iki qapısı açıqdır və bir neçə sərnişin sallaşıb. Bu azmış kimi onlar yolda hərəkət edən digər avtomobillərə əl-qol hərəkəti etməklə yanaşı təpik də atırlar. Həmin görüntülər Bakı-Şamaxı yolunda lentə alınıb. 114 nömrəli avtobusun içərisi tam dolduğundan sərnişinlərin bəziləri çöldə qalıb.

Avtobusun qapılarını bağlamadan hərəkət etdirən sürücü sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı, digər yol hərəkəti iştirakçıları üçün də təhlükə yaradır.

Həmin görüntüləri təqdim edirik:


Xəbər 2177 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +