200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.07.2017  11:46 

AFFA-yla bağlı ŞOK iddia - Yarım milyon avro mənimsənilib





A+  A-

İspaniya yığmasının 2009-cu ildə Azərbaycan millisi ilə keçirdiyi yoxlama görüşü ilə bağlı şok ittiham ortaya atılıb.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, abc.es saytı bu haqda yazıb. Saytın iddiasına görə, ispanların Bakıya gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxu mənimsənilib. Bildirilir ki, həmin vaxt AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib.

Lakin bu yaxınlarda korrupsiya əməllərinə görə həbs edilən İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka Vilyar bu məbləğin yalnız 200 min avrosunu yerli federasiyaya ödəyib. Qalan 500 min avronun "yeyintidə” istifadə edildiyi faktı ortaya çıxıb.

Maraqlıdır ki, bu, Vilyar ailəsinin yeganə qanunsuz hərəkəti olmayıb. Onlar bir neçə dəfə analoji addıma əl ataraq, şəxsi büdcələrini zənginləşdiriblər.

Qorka Vilyar 2012-ci ildə Cənubi Koreya ilə oyun üçün qarşı tərəfdən aldıqları 1,2 milyon avronun da 870 minini İspaniya Futbol Federasiyasının büdcəsinə köçürüb.

Qeyd edək ki, 2009-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İspaniya qarşılaşması qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər 1908 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +