200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.05.2017  09:38 

Palata mənzil fondu ilə bağlı hökumətə təkliflər verdi





A+  A-

Hesablama Palatası mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanmasını təklif edir.
XəzərNews.az-ın məlumatına görə, bu haqda “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Nəzarət tədbirləri ilə müəyyən olunub ki, bir çox hallarda mənzil fondunun zərərinin müəyyən edilməsi zamanı zərərin əsassız artırılması, mənzil fondunun gəlirlərinin azaldılması və yığım səviyyəsinin aşağı olması hallarına rast gəlinib. Mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması barədə Hesablama Palatası tərəfindən müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Hesablama Palatası bır sıra xərclərin icra faizinin aşağı səviyyədə olmasını nəzərə alaraq dövlət büdcəsinin tərtibi prosesinin əsaslı surətdə təkmilləşdirilməsini, o cümlədən proqnoz məbləğlərinin dəqiq hesablamalar aparılaraq tərtib edilməsini, büdcə təşkilatlarının əsas funksional fəaliyyətləri ilə bilavasitə əlaqədar olmayan xərclərin azaldılmasını və vəsaitlərdən yeni dövrün çağırışlarına uyğun olaraq qənaətlə və səmərəli istifadə edilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsini tövsiyyə edib.

Xəbər 1405 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +