200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.03.2017  14:16 

“İnsanlar günlərlə gömrükdə qalacaqlar” - Hadı Rəcəbli





A+  A-

Xəbər verdiyimiz kimi, Milli Məclisdə hökumətin hesabatından sonra millət vəkillərinin çıxışları başlayıb.
XəzərNews.az-ın məlumatına görə, Hadı Rəcəbli çıxışında qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı üçün bir çox fərmanlar, sərəncamlar verilib:

“Ancaq çox təəssüf ki, bunlara baxmayaraq icra strukturlarında büroktatik əngəllər, süründürməçilik davam edir. İnanın ki, bunlar gözdən yayınmır. Ona görə də kiçik sahibkarlıq inkişaf etmir. Xalqımız bu sahədə böyük dəyişiklik gözləyir.

Bundan əlavə, məndə olan məlumata görə, Novruz Bayramında təkcə İrandan Azərbaycana 500-yə yaxın avtobusla turist gələcək. İran tərəfdə isə bir növbəli 8 saatlıq iş vaxtı müəyyənləşib. Belə olan halda, görün ki, orada nə cür pis vəziyyət yaranacaq. İnsanlar günlərlə gömrükdə qalacaqlar. Bu da turistlərdə hələ ölkəyə daxil olmamış pis təəssürat yaradacaq. Hesab edirəm ki, məsələnin həlli üçün qonşu dövlətin müvafiq qurumları ilə Azərbaycan hökuməti operativ tədbirlər görməlidir”.

Xəbər 2605 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +