200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.03.2017  10:57 

ABŞ-ın Rusiyadan TƏLƏBİ





A+  A-

ABŞ adminstrasiyası Krım yarımadası Ukraynaya qaytarılmayana qədər Rusiyaya qarşı sanksiyaların saxlanılacağına söz verib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Krımın ilhaqını şiddətlə qınadığını bir daha təsdiqləyərək Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Press-relizdə bir daha vurğulanır ki, yarımadanın anneksiyasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Krım Ukraynaya qayıdana qədər qüvvədə qalacaq.

“Üç il əvvəl Rusiya Krım işğal elədi. Sonra xarici ölkə qoşunlarının silahlı bölmələrinin torpaqları işğal etdiyi bir vaxtda krımlıları seçkiyə getməyə məcbur edən Rusiya qanunsuz referendum səhnələşdirdi”, – sənəddə qeyd edilir.

Departament bəyanatında xatırladır ki, keçən 3 il ərzində Rusiyanın işğalçı “hökumət”i Krımda öz rəqiblərinə və müxaliflərə qarşı əsl müharibə kampaniyası başladıb. Krım tatarları icması, etnik ukraynalılar, aktivistlər, Kiyevin siyasətini dəstəkləyənlər və müstəqil jurnalistlərin itkin düşməsi, qətli, işgəncə verilməsi, psixiatrik klinikaya məcburi hospitalizasiyasına dair hüquq müdafiəçiləri inandırıcı dəlillər toplayıb.

“Rusiya işğalçı “hökumət”i xarici müşahidəçilərin yarımadaya ziyarətini daim rədd edərək QHT və müstəqil KİV-ləri susmağa məcbur edib və zor gücünə onları bağlayıb”, – deyə sənəddə yazılır.

Departament Rusiyanı müxalifət təmsilçiləri, vətəndaş aktivistləri və jurnalistlərə təzyiq göstərmək praktikasından əl çəkməyə çağırıb.

“Krım Ukraynanın tərkib hissəsidir. ABŞ bir daha Krımın rus işğalını qınayır və yarımadaya nəzarəti dərhal Ukraynaya qaytarmağa çağırır”, – ABŞ Dövlət Departamenti vurğulayır.


Xəbər 1953 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +