200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


22.06.2024  13:53 

Gürcüstanda uğur qazanmış soydaşlarımız haqqında film çəkilir





A+  A-

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual Media” təşkilatı bu ölkədə yaşayan və böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlayıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Aktual Media” qrupunun rəhbəri, “aktual.ge” xəbər portalının direktoru İlkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, mənfi rəy yaradırlar.

“Haqlı olaraq azərbaycanlılar bununla razılaşmırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəlib. Əsas məqsəd məlum stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları ictimaiyyətə çatdırmaqdır”.

İ.Hüseynov bildirib ki, müxtəlif sahələrdə uğur qazanmış 7 gəncimizin həyat hekayələrini əks etdirəcək “Novella” adlı bədii-sənədli film 45 dəqiqəlik olacaq. Ssenari əsasında artıq çəkilişlərə başlanılıb. Filmin çəkilişləri Gürcüstanla yanaşı, Azərbaycanda da aparılacaq.



Xəbər 8380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +