Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


06.05.2025  10:52 

Britaniya Rusiyanın hücumuna hazırlaşır





A+  A-

Britaniya köhnə müdafiə planlarına yenidən baxaraq Rusiyanın mümkün hücumuna hazırlaşır. Xüsusilə raket və kiberhücumlar zamanı ölkənin müdafiəsi üçün strategiyaları ehtiva edən sənədlər üzərində iş gedir.

XəzərNews.az xəbər verir ki, bu barədə The Telegraf məlumat yayıb.

Britaniya Rusiyanın birbaşa hərbi hücumu təhlükəsi fonunda fövqəladə planlarını yeniləyir.

Teleqrafın mənbələri bildiriblər ki, hökumət rəsmilərə 2005-ci ildən bəri yenilənməmiş məxfi “milli müdafiə planı”nı nəzərdən keçirməyi əmr edib.

Sənəddə raket zərbələri, nüvə təhlükələri və ya irimiqyaslı kiberhücumlarla bağlı ssenarilər daxil olmaqla, hücumdan sonrakı ilk günlərdə hökumətin hərəkətləri göstərilir.

Məxfi plana hökumətin və kral ailəsinin bunkerlərə təxliyəsi, böhranlı yayımların koordinasiyası və kritik infrastrukturun - nəqliyyatdan kommunikasiyaya qədər davamlı fəaliyyətinin təmin edilməsi tədbirləri daxildir.

Bəzi nazirlər ölkənin müasir müharibəyə hazır olmasından narahat olduqlarını bildiriblər.

Xəbər 1051 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +