Rusiya bu tarixdə NATO-ya hücum edə bilər
Rusiya Ukraynaya dörd “İsgəndər” raketi atıb
Üç uşaq atası olan qazinin pensiyası kəsilib
Azərbaycanda Rusiya kanalının fəaliyyəti dayandırıldı
Sizinlə fəxr edirik! - Birinci xanım təbrik etdi
Taksi sürücüsü gözdən əlil qadını öldürüb
Lerikdə zəlzələ qeydə alınıb
6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert


07.08.2019  09:12 

Azərbaycanda neft hasilatı artıb





A+  A-

2018-ci ildə Azərbaycanda xam və qeyri-ənənəvi neft və təbii qazın hasilatı 2017-ci ildəki gündəlik 783 min barelə nisbətən 793 min barel təşkil edib.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, hesabatda 2018-ci ildə Azərbaycanda neft istehlakı 2017-ci ildəki 96 min barellə müqayisədə gündəlik 97 min barel təşkil etdiyi deyilir. Ölkədə adambaşına neft istehlakı 2017-ci ilə nisbətən dəyişmədən 2018-ci ildə 3,57 barel olub.

Şirkətin məlumatına görə, 2018-ci ildə Azərbaycana xam və qeyri-ənənəvi neft idxalının həcmi gündə 1000 barel təşkil edib.

Hesabata görə, 2018-ci ildə Azərbaycanda neft ehtiyatları 7 milyard barel təşkil edib ki, bu da 2017-ci illə müqayisədə dəyişməyib.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iyun ayında ölkədə neft hasilatı sutkada 768 min barel təşkil edib.

May ayında gündəlik neft hasilatı da 768 min barel olub. Bunlardan 695 min barrel xam neftin, 73 min bareli isə kondensatın payına düşüb.

Nazirlikdən verilən məlumata görə, iyun ayında Azərbaycandan gündəlik xam neft ixracının həcmi 471 min barel, kondensat 72 min barel, neft məhsulları 19 200 barel təşkil edib.

OPEC və üzv olmayan bir sıra ölkələr (OPEC + formatı) 2018-ci ilin sonunda 2017-ci ilin əvvəlindən qüvvədə olan neft hasilatının azaldılması ilə bağlı sazişin şərtlərini modernləşdirmək qərarına gəldilər. Tərəflər ümumi hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsindən gündəlik 1,2 milyon barel azaltmaq barədə razılaşdılar.

Qeyd edək ki, iyulun 2-də Vyanada OPEC üzvləri və kartelə üzv olmayan ölkələr tərəfindən neft hasilatının azaldılmasına dair razılaşmanın 2020-ci ilin birinci rübünün sonuna qədər uzadılması qərara alınlıb.

Xəbər 1954 dəfə oxunub.




02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib


BÜTÜN XƏBƏRLƏR +