“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.08.2018  14:36 

Bakıda ərzaq, içki və tütün bahalaşıb





A+  A-

2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq, 9 mlrd. 505 mln. 800 min manat olub.
XəzərNews.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq, 4 mlrd. 359 mln. 800 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq, 5 mlrd. 146 mln. manat təşkil edib.

İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19 mln. 800 min manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Xəbər 1865 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +