“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.08.2018  16:12 

Bu gecə yanğın baş verib - “Azərenerji” xəbərdarlıq etdi





A+  A-

Avqustun 4-də gecə saatlarında 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib.
“Azərenerji” ASC-dən XəzərNews.az-a verilən məlumata görə, Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb. Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir.
Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub. Belə ki, avqust ayının 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerjisistemin normal iş fəaliyyətində ciddi problem yaradıb.

O cümlədən, iyul ayının 12-də 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda hava elektrik verilişi xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarıb. “Azərenerji” ASC-nin personalının operativ yanaşması ilə elektrik enerjisi təminatında problemin yaranmasına imkan verilməyib.

Əhalidən diqqətli davranmağı və bu məsələdə vətəndaş mövqeyi nümayiş etdirərək, ölkə üçün həyati vacib əhəmiyyət kəsb edən enerjisistemin infrastruktur obyektlərinin mühafizəsində yaxından iştirak etmələrini xahiş edirik.

Xəbər 1707 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +