Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


16.02.2024  18:32 

Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq





A+  A-

Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 495 milyon 119,82 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Xəzərnews.az yeniavaz.com-a istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 22 milyon 77 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,8 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,8 qəpik təşkil edib.

Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.

Xəbər 4945 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +