“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.09.2022  11:37 

Bəhram İsmayılov istefasının səbəbini açıqladı





A+  A-

AY Partiya sədrinin müavini Bəhram İsmayılov partiya rəhbərliyindən istefasının səbəbini açıqlayıb.

XəzərNews.az xəbər verir ki, açıqlamada deyilir:

"Hörmətli xanımlar və bəylər!

Azərbaycan Yüksəliş Partiyasının 7 sentyabr 2022 - ci ildə struktur dəyişikliyi ilə bağlı yaydığı xəbərlə baglı dünəndən etibarən onlarla telefon zəngi alıram.
Dostlar partiyadakı dəyişiklikdən sonra mənim AY Partiya rəhbərliyində yer almamağıma görə narahatçılıqlarını bildirir, çox müxtəlif səpgilərdə suallarına cavab tapmaq istəyirlər.

Buna görə də bütün bu məsələlərə birdəfəlik aydınlıq gətirmək zərurətinin yarandığını düşünərək aşağıdakı açıqlamaya ehtiyac duydum.

Dəyərli xanımlar və bəylər! Narahatçılığınıza, yüksək diqqətinizə görə hər birinizə təşəkkür edib bildirmək istəyirəm ki, mən, AY Partiyadakı struktur dəyişikliyindən öncəki Başqanlıq Heyətinin toplantısında şəxsi problemlərimlə bağlı AY Partiya başqan 1-ci müavini və İcra Aparatının rəhbəri vəzifələrindən istefa vermişəm.

Görünür, struktur dəyişikliyi zərurəti də burdan yaranıb.
Tutduğum postlardan istefa verdiyim üçün yeni stukturda yer almamağım da təbiidr.

Siyasi partiya rəhbərliyində yer almamağım mənim tutduğum yoldan çəkilmək anlamına gəlməz.

Bütün şüurlu həyatımda Azərbaycanın bütövlüyü, demokratik cəmiyyətin bərqərar olması, Türk dünyasının dərin inteqrasiyası üçün imkanlarım daxilində çalışmışam və bundan sonra da çalışacam.
Bu yolda yürüyən bütün siyasi qüvvələrə uğurlar arzulayıram.

Hər kəsə sayğılarla."



Xəbər 1663 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +