“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.02.2022  21:03 

“Az qalırlar məni müxalifətçi çıxarsınlar”





A+  A-

Sosial mediada Azərbaycanda baş verən ictimai-siyasi proseslərə münasibət bildirən müğənni Nura Suri növbəti dəfə status yazıb.

Sənətçi bəzən fikirlərinə görə qınağa tuş gəldiyini, bəzən isə çəkdirdiyi fotolarına görə müzakirə obyektinə çevrildiyini qeyd edib.

Əlavə edib ki, bəzən açıq fikirlərinə görə hətta onu müxalifətçi adlandıranlar da olub:

“Mən vaxtında çox problemlərdən yazmışam. Efirlərdən, aparıcıların reytinq xatirinə müğənnilərdən istifadə etməsindən, kanal rəhbərlərinin və işçilərinin öz yaxınların, qohum və qonşuların tədbirlərində, restoranlarında havayı oxutdurmasından, getməyəndə kanala “zapret” qoymasından. Bölgələrdə, şəhərdə keçirilən bütün dövlət tədbirlərinə təmənnasız getməyimizdən, təşkilatçıların bizim adımıza yazıb öz ciblərinə qoyduqları qonorarlardan”.

“2004-cü ildən karantin başlayana kimi bütün bölgələrdə, şəhərdə keçirilən dövlət tədbirlərinə öz hesabıma getmişəm. Yolpulu, köməkçipulu, yemək pulu və s. öz cibimizdən ödəmişik. Dövlət üçün etmişik, bilməmişik təşkilatçılar adımızdan pul alıb ciblərinə qoyurlar”, – müğənni daha sonra yazır.

Görülən xeyriyyə işlərindən söz açan Nura Suri bəzi müğənnilərə qarşı belə münasibətdən narahatlığını ifadə edib: “Biz bütün bunları dövlətimiz, xalqımız üçün etmişik. Axırda da söyülən də biz, “zapret”ə qoyulan da biz olmuşuq. Hər bir müğənni gördüyü işlərin bir gün dəyərləndirəcəyinə ümid edib ki, ad veriləcək. Heç bir sənətçi başqa heç bir maraq güdməyib”.

Nura Suri fəxri ad alan bəzi həmkarları ilə bağlı fikirlərini də bölüşüb: “Bəzi ad alan müğənnilərin dövlət tədbirlərində çıxış etməyiblər. Hər yerdən xeyir güdüb pul qazanıblar. Bəziləri kiminsə toy məclislərində oxuya-oxuya ad alıblar. Heç vaxt bir konsertləri belə olmayıb. Keçmiş mədəniyyət nazirinin müğənnilərə qoyduğu dəyər göz önündədir. Artıq şərhə heç ehtiyac da yoxdur”.

“Mən də yazanda az qalırlar bəzi yazdıqlarım sərf etməyən qurumlar məni müxalifətçi çıxarsınlar. Şəxsən mən bir qadın kimi, müğənni, aparıcı kimi çox əzilmişəm. Amma heç vaxt öz problemlərimdən yazmamışam. Başqalarını düşünüb yazmışam. Bir gün haqq ədalət yerini tutar düşünərək səbr etmişəm”, – deyə o bildirib.

Xəbər 2154 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +