“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.01.2022  18:41 

Bu partiya Əli Əliyevin həbsini pislədi





A+  A-

Azərbaycan Yüksəliş Partiyası VİP sədri Əli Əliyevin həbsi ilə bağlı bəyanat yaydı.

XəzərNews.az xəbər verir ki, Bəyanatda deyilir:

- Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən DSX əməkdaşlarının Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında məhkəmə prosesi keçirilib. Prosesdə Əli Əliyev təqsirli bilinərək, barəsində 5 aylıq həbs qərarı çıxarılıb.

Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki, müxalifətdə olan bir partiya sədrinin subyektiv fikrinə görə həbsi ölkədə siyasi dialoq mühitinə zərər vurur. Hesab edirik ki, dövlətin imicinə xələl gətirə biləcək bu hadisənin qarşısı təcili alınmalıdır.

AY Partiya bu olayı siyasi fəaliyyət göstərən şəxslərə qarşı təzyiq kimi dəyərləndirir və VİP sədrinin azad olunmasını tələb edir.

Xəbər 1861 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +