“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


28.07.2022  12:15 

“Qarabağ“ xal ehtiyatını artırır





A+  A-

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

XəzərNews.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin “Sürix” klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub.

Heç-heçə 4 klubla təmsil olunan ölkəmizin aktivinə daha 0.125 xal qazandırıb. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0.625-ə, son 5 mövsümdə isə 13.250-yə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə 14.750 xalla Polşa qərarlaşıb. Azərbaycanı 12.125 xala malik Qazaxıstan izləyir.

Azərbaycanın digər təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.

Xəbər 1947 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +