Mənsimovun stadionunu Şeyxin sabiq mühafizəçisi alıb
Həbibbəylinin intihar edən qohumunun - Fotosu
Nazir idarə rəisini işindən azad etdi
DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib


04.12.2025  17:30 

Vəzifəli şəxs cərimələndi





A+  A-

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib, vəzifəli şəxs qismində 2 min 500 manat məbləğində cərimə olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb.

İdarənin rəisi Oqtay Şahmurov bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib.

Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə "Ekoloji tələb" verilib.

Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.

Xəbər 1104 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto


BÜTÜN XƏBƏRLƏR +