Mənsimovun stadionunu Şeyxin sabiq mühafizəçisi alıb
Həbibbəylinin intihar edən qohumunun - Fotosu
Nazir idarə rəisini işindən azad etdi
DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib


01.12.2025  16:43 

ADDA-da Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub - Foto





A+  A-

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbiri “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev açaraq Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri, elmi-pedaqoji fəaliyyəti və milli ədəbiyyatımızda, təfəkkür tariximizdə rolu barədə danışıb.

Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən videomaterial nümayiş etdirilib. Tələbələrin çıxışlarında Bəxtiyar Vahabzadə poeziyasının ideya-estetik mahiyyəti barədə fikirlər səsləndirilib.

Kafedranın baş müəllimi Ağarza Fətəliyev şairin milli ədəbiyyatdakı mövqeyi, sovet dövründə göstərdiyi mənəvi cəsarəti və “siyasi poeziya”nın əsas simalarından biri kimi rolundan bəhs edib.

Kafedranın baş müəllimi Sevinc Rzayeva “Bəxtiyar Vahabzadə və Azərbaycançılıq ideyası” mövzusunda çıxış edərək şairin milli kimlik şüuruna, insanın özünüdərk fəlsəfəsinə və Vətən sevgisinə dair fikirlərini təhlil edib.

Sonda Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısı səsləndirilib.







Xəbər 1956 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto


BÜTÜN XƏBƏRLƏR +