Azərbaycanlı tələbəyə işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb
Maska rejimi QAYIDIR?
Məktəb direktorları 150 minlik maşınları necə alır?


02.07.2021  13:39 

Sabah 40 dərəcə isti olacaq





A+  A-

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.



Xəbər 2278 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +