“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.11.2022  13:44 

Bakıda əməliyyat - 50-yə yaxın taksi sürücüsü saxlanılıb





A+  A-

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti taksi sürücülərinə qarşı əməliyyatla bağlı məlumat yayıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib.

Bildirilib ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqpozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib. Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Xəbər 964 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +