Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


15.02.2017  15:41 

Hakim oğlunun ölümünə səbəb olan sürücüyə 10 illik həbs cəzası istənildi





A+  A-


Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, R. Kərimova 10 illik həbs cəzası istəyib.

Proses fevralın 16-da davam etdiriləcək. 

Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

Hadisəni törədən şəxs Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovun oğludur.

(apa.az)



Xəbər 1741 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +