“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.11.2023  00:33 

Ukrayna Silahlı Qüvvələrinin ümumi gücünün 7,3%-ni qadınlar təşkil edir





A+  A-

“Hazırda Ukrayna Silahlı Qüvvələrinin ümumi gücünün 7,3%-ni qadınlar təşkil edir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Hərbi Media Mərkəzinin teleqram kanalında məlumat verilib.

Hərbi Media Mərkəzinin hesabatında bildirilir ki, bu ilin oktyabrına Ukrayna Silahlı Qüvvələrində qadınların sayı artaraq 62 062 nəfərə çatıb ki, onlardan 43 479-u hərbi qulluqçulardır.

Bildirilib ki, Ukrayna ordusunda mülki vəzifələrin demək olar ki, yarısını qadınlar tutur (48,2%), 5 minə yaxın qadın isə birbaşa döyüş bölgəsində yerləşib.

Qeyd edək ki, noyabrın 20-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti kadr çatışmazlığının Ukrayna Silahlı Qüvvələrini sıralarında qadınların sayını artırmağa məcbur etdiyini bildirib.


Xəbər 1147 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +