Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


29.11.2021  15:13 

“Oğlum atasının Tolqa Karel olduğunu bilmir“ - Günay - Video





A+  A-

Türkiyədə məşhurlaşan azərbaycanlı model Günay Musayeva oğlu Cahangirin atasını öldü bildiyini açıqlayıb.

XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda Günay "İkinci sayfa" proqramında danışıb. O, keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karelə səslənərək, oğluna zəng etməsini istəyib:

"Cahangir atasının kim olduğunu bilmir. Heç adını, soyadını bilmir. Balaca olanda pedoqoq vasitəsilə dedik, sonra danışmadıq. Uşaqlar Cahangirdən soruşub, atan haradadır? O da "buludların üzərində gülümsəyir" deyib. Tolqa, oğlumuz Cahangir sənin öldüyünü düşünür. Ayda bir dəfə onu zəng edib, varlığını göstər. Tolqa, səndən heç nə gözləmirik. Arada zəng edib oğluna varlığını göstər. Məni belə axtarma, Cahangirin köməkçisi var, ona zəng et. Pul, heç nə istəmirik. Oğlum "necəsən" deməsi, Cahangirin onun varlığını bilməsi bəsdir".

Günay qeyd edib ki, Tolqanın valideynləri də nəvələrini görməyə gəlmir:

"Çox istəyərəm ki, gəlib görsünlər. Ünvanım, telefonum var. İstəyərəm, gəlsinlər, sevgi göstərsinlər. Cahangirə ancaq mənim anam və atam sevgi göstərir. Tolqanın da valideynləri zəng etsin, gəlsin. Bundan xoşbəxt olaram. Arada saxta profillə girib Tolqanın övladlarına baxıram. Allah saxlasın, çox şirindilər".

Qeyd edək ki, Tolqa Karem ikinci dəfə Sara Skot adlı əcnəbi xanımla ailə qurub. O, hazırda ABŞ-da yaşayır. Aktyorun bu nikahdan iki övladı var. Sara hazırda üçüncü uşağa hamilədir. Günay və Tolqa 2015-ci ildə ayrılıb.



Xəbər 1618 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +